Case DeepCool CC360 ARGB

Rəsmi zəmanət
-₼

Variant mövcud deyil

Təsvir

DeepCool CC360 ARGB yaxşı qiymət/performans nisbəti təklif edən, qara rəngli kompakt Micro-ATX korpusudur. Korpusun ön paneli hava axını üçün optimallaşdırılıb, üst hissədə isə böyük mesh panel yerləşir. Bu, korpusun daxilində təmiz havanın davamlı dövriyyəsini təmin edir. Yan hissədə tam ölçülü tempered glass (bərkidilmiş şüşə) pəncərə daxili komponentlərin görünməsinə imkan verir, üst paneldəki maqnitli toz filtri isə təmizliyi asanlaşdırır.


Korpus zavoddan 3 ədəd ARGB ventilyatorla gəlir: ön hissədə 2 ədəd, arxada 1 ədəd 120 mm. CC360 ARGB Micro-ATX və Mini-ITX ana platalarını dəstəkləyir, 165 mm-dək CPU soyuducusunu, 320 mm-dək videokartı və 160 mm-dək qida blokunu yerləşdirməyə imkan verir. Ön hissədə 360 mm-dək, üst hissədə isə 240 mm-dək radiator quraşdırmaq mümkündür. Yaddaş üçün arxa lövhədə 2 ədəd 2.5" SSD və qida bloku örtüyünün altındakı çıxarıla bilən qəfəsdə 2 ədəd 3.5" HDD yerləşdirmək olar. Ön paneldə USB 3.0, USB 2.0 və kombo audio portu var.

Xüsusiyyətlər

Ümumi
Rəng:
Qara
İstehsalçı kodu (MPN):
R-CC360-BKAPM3-G-1
Çəki (kq):
4.9000
Ölçülər, E × H × D (mm):
215 × 431 × 418
Platforma
Dəstəklənən ana plata ölçüləri:
Micro-ATX, Mini-ITX
Korpus formatı:
Mini Tower
Korpusun dəstəklədiyi radiator ölçüləri:
120 mm, 140 mm, 240 mm, 280 mm, 360 mm
Korpusda maksimum videokart uzunluğu (mm):
320
Korpusda maksimum CPU soyuducusu hündürlüyü (mm):
165
Korpusla gələn ventilyator sayı:
3
Soyutma
İşıqlandırma:
ARGB